Bakı, TurkicWorld
Suriyada seçkilərin keçirilməsi dörd il çəkə bilər.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, bunu suriyada yeni administrasiyanın lideri Əhməd Əl-Şaraa deyib.
O qeyd edib ki, konstitusiyanın yazılması prosesi isə 3 il çəkə bilər.
Əl-Şaraa “Əl-Ərəbiyyə” kanalına verdiyi müsahibədə “Həy’ət Təhrir əş-Şam”ın ləğv ediləcəyini, “Müdafiə Nazirliyi isə kürd qüvvələrini öz sıralarına daxil edəcəyini” təsdiqləyib.
Əl-Şaraa bildirib ki, hazırkı mərhələ daha uzun müddətə müvəqqəti hökumət üçün ilkin mərhələdir.