Son dəqiqə

ABŞ Ukrayna

ABŞ Ukraynaya hərbi yardım paketi ayıracaq

Bakı. TurkicWorld:

ABŞ Ukraynaya 2,3 milyard dollarlıq hərbi yardım paketi ayıracaq.

TurkicWorld xarici KİV-lərə istinadən xəbərinə görə, bunu ABŞ müdafiə naziri Lloyd Ostin deyib..

Pentaqon rəhbəri qeyd edib ki, məsələ ilə bağlı müvafiq açıqlama yaxın vaxtlarda veriləcək.

Qeyd edək ki, iyunun 25-də ABŞ-nin Ukraynaya 150 milyon dollarlıq hərbi yardım tranşını elan edəcəyi barədə xəbər yayılmışdı. Söhbət xüsusilə HIMARS reaktiv yaylım atəş sistemləri üçün raketlərdən gedir.

Yardım paketinə tank əleyhinə silahlar, atıcı silahlar, qumbaraatanlar, 155 mm və 105 mm-lik artilleriya mərmiləri daxil edilməsi planlaşdırılır.

Mövzuya görə xəbərlər