Son dəqiqə

ABŞ Co Bayden

Baydenin reytinqi yeni minimuma enib

Bakı, TurkicWorld

ABŞ Prezidenti Cozef Baydenin reytinqi prezidentliyə namizədlərin ilk debatındakı zəif performansdan sonra yeni minimuma enib.

TurkicWorld xəbər verir ki, bunu CNN televiziya şirkətinin sorğusunun nəticələrində əks olunub.

Sorğuda iştirak edənlər rəqibindən 6 bənd üstün olan keçmiş prezident Donald Trampı dəstəkləyirlər – 49 % 43 %-ə qarşı.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Mövzuya görə xəbərlər