Son dəqiqə

Avropa İttifaqı Rusiya Almaniya

Almaniya Aİ-nin Rusiyaya qarşı sanksiya paketini blokladı - KİV

Bakı.TurkicWorld :

Almaniya müvafiq layihəyə təklif etdiyi dəyişikliyin qəbul edilməsinə baxmayaraq, Avropa İttifaqının Rusiyaya qarşı 14-cü sanksiya paketini bloklayıb.

TurkicWorld bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, Almaniya tərəfinin qərarı Xarici İşlər Nazirliyi ilə Kansler Dəftərxanası arasındakı fikir ayrılıqları ilə izah olunur.

Buna səbəb isə paketdə üçüncü ölkələrin Almaniyadakı törəmə şirkətlərində Rusiya şirkətləri və ya vətəndaşlarının payçı qismində iştirakını qadağan edən müddəanın yer almasıdır.

Mövzuya görə xəbərlər