Bakı,TurkicWorld
Ukrayna NATO-ya həmişəkindən daha yaxındır.
TurkicWorld xəbər verir ki, bu sözləri NATO-nun səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberq deyib.
Stoltenberq, Putinin fikrini dəyişə bilməyəcəklərini, lakin onun hesablamalarını alt-üst edə biləcəklərini iddia edib.
“Ukraynaya daha çox silah verməklə biz Putinə istədiyini zorla əldə edə bilməyəcəyini başa sala bilərik”, – deyə Stoltenberq bildirib.
Qeyd edək ki, Stoltenberq NATO-nun rəhbərliyində on il işlədikdən sonra bu ayın sonunda baş katib postunu tərk edəcək.
Hollandiyanın keçmiş baş naziri Mark Rutte oktyabrın 1-də baş katib postunda Stoltenberqi əvəz edəcək.