Son dəqiqə

Polşa Belarus

Polşa Belarusla sərhəddə bufer zonası yaradır

Bakı. TurkicWorld:

Polşa hökuməti Belarusla sərhəddə bufer zonasının qaytarılması ilə bağlı qərarı təsdiq edib.

TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Belarusla sərhəddə xüsusi zona ilə bağlı qərar təsdiqlənib.

"Bu zonanın uzunluğu onlarla kilometr, dərinliyi isə bəzi ərazilərdə 200 metrdən 2 kilometrə qədər olacaq", - Tusk əlavə edib.

Mövzuya görə xəbərlər