Son dəqiqə

Rusiya Belarus

Rusiya Belarusla birgə hərbi təlimlərə başlayır

Bakı, TurkicWorld

Belarus raket və artilleriya qoşunlarına aid hərbi texnikasını birgə təlimlərdə iştirak üçün Rusiyaya göndərib.

TurkicWorld xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təlimlər zamanı döyüş şəraitində raket komplekslərindən, eləcə də reaktiv yaylım atəş sistemlərindən hədəfin vurulması kimi tapşırıqlar icra olunacaq.

Mövzuya görə xəbərlər