Bakı, TurkicWorld
Belarusun Ermənistandakı Səfirliyinin qarşısında etiraz aksiyası keçirilib.
TurkicWorld Ermənistan KİV-ə istinadən xəbər verir ki, etirazçılar səfirliyin binasına kartof, yumurta və pomidor atıblar.
Aksiya iştirakçıları Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ermənistan barədə son açıqlamasına etiraz ediblər.
Xatırladaq ki, A.Lukaşenko müsahibəsində Ermənistanın hazırda heç kimə lazım olmadığını bildirib.