Bakı, TurkicWorld
Belarus prezidenti Aleksandr Lukaşenko 2025-ci ilin ölkəsi üçün asan il olmayacağını, bununla belə belarusların bütün çətinlikləri adlayacağına inandığını bəyan edib.
TurkicWorld xəbər verir ki, bu barədə "BelTA" xəbər agentliyi məlumat yayıb.
Lukaşenko bunu dünya ictimaiyyətinin Belarus və Rusiyanı hər tərəfdən "sıxma-boğmaya salmağa başlaması" ilə əlaqələndirib.
Belarus lideri bununla belə, ölkə vətəndaşlarının cari ildə bütün çətinliklərin öhdəsindən gələcəyini hesab edir: "Dövlətin seçdiyi taktika və strategiya təkcə ayaqda durmağa deyil, həm də ləyaqətlə yaşamağa imkan verəcək".