Bakı,TurkicWorld
Moldovanın İnfrastruktur və Regional İnkişaf Nazirliyi Qırğızıstan, Rusiya, Ermənistan, Əfqanıstan, Tanzaniya, Konqo, İran, Liviya və Sudan da daxil olmaqla 20-dən çox ölkənin aviaşirkətlərinin öz ərazisində fəaliyyətini qadağan etməyi təklif edir.
TurkicWorld xəbər verir ki, müvafiq sərəncam layihəsi bu nazirliyin internet saytında ictimai müzakirəyə çıxarılıb.
Moldovanın bu cür hərəkətlərinin məqsədi milli qanunvericiliyi Avropa İttifaqının standartlarına uyğunlaşdırmaqdır. Sənədin ictimai müzakirəsi 2025-ci il yanvarın 9-da başa çatacaq.
Sərəncam layihəsindən belə çıxır ki, onun qəbulundan sonra bu ölkələr Moldovanın hava məkanından və hava limanlarından istifadə edə bilməyəcək.