ABŞ Rusiya

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

Bakı, TurkicWorld

ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiyaya qarşı əlavə sanksiyalar qəbul etməyə hazırlaşır.

TurkicWorld xəbər verir ki, bu barədə "Reuters" ABŞ hökumətindən olan mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bu dəfə hədəf barreli 60 dollardan yüksək satılan neft daşıyan tankerlər olacaq.

Qeyd edilir ki, Rusiya Federasiyası neftin daşınması ilə bağlı mövcud limiti aşmaq üçün köhnə gəmilərdən istifadə edir. Ağ Ev rəhbərliyi rəsmi Moskvaya qarşı "böyük sanskiyalar paketi" hazırlamaqdadır.

"Sanksiyalar böyük ehtimalla, limitdən yüksək qiymətə neft alveri aparan bəzi şəbəkələrdə adı hallanan şəxslərə də şamil olunacaq",- ABŞ administrasiyasından olan mənbə bildirib.

Mövzuya görə xəbərlər