Bakı, TurkicWorld
ABŞ Konqresi bazar ertəsi keçirilən sessiyada Donald Trampın prezident seçkilərində vitse-prezident Kamala Harris üzərində qələbəsini rəsmi olaraq təsdiqləyib.
TurkicWorld xəbər verir ki, sessiyaya vitse-prezident Kamala Harris sədrlik edib.
Seçki qanunvericiliyinə əsasən, vitse-prezident ölkənin 50 ştatından seçki nəticələrinin hesablanmasına rəhbərlik edir. Sessiyada hər bir ştatın rəsmi nəticələri elan olunub və Trampın qələbəsi rəsmiləşdirilib.
Təsdiqdən sonra yanvarın 20-də Trampın andiçmə mərasiminin keçirilməsi planlaşdırılır.
Kamala Harris video müraciətində bugünkü iclasdakı rolunu "hakimiyyətin dinc yolla ötürülməsini təmin etmək üçün müqəddəs öhdəlik" adlandırıb. O bildirib ki, "demokratiya kövrəkdir və onun qorunması hamımızın məsuliyyətidir".
Qeyd edək ki, Noyabrın 5-də keçirilən prezident seçkilərində Kamala Harris Trampa məğlubiyyətini qəbul etmişdi. Tramp isə seçkidə yeddi həlledici ştatda qələbə qazanaraq prezidentliyini təsdiqləmişdi.