Son dəqiqə

Polşa

Polşa sərhədçilərəmiqrantlara atəş açmağa icazə verib

Bakı, TurkicWorld

Polşa Prezidenti Andjey Duda sərhədçilərə qeyri-qanuni miqrantlara atəş açmağa icazə verib.

TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə prezident ofisinin rəhbəri Malqojata Paprotska mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, dövlət başçısı bununla bağlı müvafiq qanunu imzalayıb. Sənəddən aydın olur ki, polyak sərhədçilər müəyyən şərtlər altında silah və ya digər birbaşa məcburetmə vasitələrindən istifadə etdikləri üçün cinayət məsuliyyətindən azad edilirlər.

"Prezident Andjey Duda sərhəddə əsgərlərin və digər xidmət əməkdaşlarının fəaliyyətinin dəstəklənməsi haqqında qanunu imzaladı. Yeni qanun dövlət sərhədini daha səmərəli qorumağa və polyak əsgərlərinin təhlükəsizliyini artırmağa imkan verəcək", - deyə Paprotska vurğulayıb.

Mövzuya görə xəbərlər