Son dəqiqə

Polşa

Polşada müxalifət Baş nazirdən istefa verməsini tələb etdi

Bakı, TurkicWorld

Polşanın baş naziri Donald Tusk, ABŞ-da Respublikaçılar Partiyasının namizədi Donald Trampın prezident seçkilərində qalib gələcəyi halda istefa verməlidir.

TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir ki, bunu "Hüquq və Ədalət" partiyasının liderlərindən biri Mariuş Blaşak (Mariusz Blaszczak) "Polsat" telekanalına açıqlamasında bildirib.

"Mən Polşanın hazırkı hökumətin Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizədi Kamala Harrisə güvənməsindən narahatam. Buna görə də Tusk Trampın qələbəsindən sonra istefa verməlidir ", - siyasətçi qeyd edib.

Onun fikrincə, Tramp qalib gəldiyi halda, indiki Polşa hakimiyyəti "çox çətin vəziyyətə düşəcək," çünki "Hüquq və Ədalət" partiyası Tramp administrasiyası ilə çox yaxşı əməkdaşlıq qurmuşdu.

Mövzuya görə xəbərlər