Son dəqiqə

Polşa PUA

Polşa PUA-ları zərərsizləşdirmək üçün dron hazırlayıb

Bakı,TurkicWorld

Polşada yerləşən Advanced Protection Systems (APS) pilotsuz uçuş aparatlarını (PUA) zərərsizləşdirmək üçün hazırladığı avtonom müdaxilə pilotsuz dronunu təqdim edib.

TurkicWorld xəbər verir ki, bu yeni texnologiya PUA-lara birbaşa müdaxilə edərək onları zərərsizləşdirəcək.

APS-nin müdaxilə dronu şirkətin SKYctrl anti-drone sisteminin bir hissəsi kimi təklif olunur.

SKYctrl radar sistemlərini, zərərsizləşdirmə alətlərini və komanda-nəzarət proqram təminatını birləşdirərək təhlükə yaradan dronları aşkar edir və məhv edir. Qabaqcıl maşın öyrənmə alqoritmləri sayəsində sistem təhlükəli olmayan obyektləri dronlardan ayıra bilir.

APS-in baş direktoru Maciej Klemm bildirib ki, Ukraynadakı müharibədə PUA- ların geniş tətbiqi bu yeniliyə ilham verib.

“Bu dronlar operatorların işini yüngülləşdirəcək və təhlükəsizlikdə böyük fərq yaradacaq” ,- deyə o bildirib.

Pilotsuz uçan aparat partlayıcı maddə daşımadığı üçün hava limanları və mülki ərazilərdə də istifadə olunacaq. Bu xüsusiyyət dronun həm ictimai təhlükəsizliyin təmin edilməsi, həm də ətrafdakı elektron sistemlərə zərər verməməsi baxımından əhəmiyyətli bir üstünlük təqdim edir.

Mövzuya görə xəbərlər