Bakı, TurkicWorld
Cənubi Koreyada prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları barəsində həbs orderi çıxarılmış prezident Yun Sok Yolun yerli polis tərəfindən saxlanılmasına əngəl yaradıb.
TurkicWorld xəbər verir ki, bu barədə BBC yerli mətbuata istinadən məlumat yayıb.
Yerli polis rəsmisi bildirib ki, həbsə qanunsuz şəkildə əngəlin yaradılmasına görə prezidentin təhlükəsizlik xidmətinin rəisi, həmçinin, onun müavininə qarşı cinayət işi açılıb. Hər iki vəzifəli şəxsin sabah dindiriləcəyi bildirilir.
Koreya prezidenti barədə qaldırılmış istintaqı aparan Cinayət Axtarış Xidmətinin müstəntiqləri polisin müşayiəti ilə bu gün prezidentin Seuldakı iqamətgahına daxil olub və onu həbs etməyə çalışıb.
50 nəfərdən ibarət istintaq qrupu iqamətgahına ərazisinə daxil olsalar da, hərbçilər onların irəliləməsinə imkan verməyib. Təxminən iki saatdan sonra istintaq qrupu iki hərbi baryeri keçməyə nail olsalar da, sonradan prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları Yunun həbsinə imkan verməyiblər.