Bakı,TurkicWorld
Qısa uçuş zolağından enən və havaya qalxan ilk PUA olan Bayraktar TB3, dünən TCG Anadolu-da keçirilən uçuş testində müvəffəqiyyətlə eniş edib və daha iki dəfə havaya qalxıb.
TurkicWorld xəbər verir ki, Bayraktar TB3 Çanaqqala sahillərində üzən TCG Anadolu gəmisində dünən keçirilən ikinci uçuş sınağında eniş dəstək avadanlığından istifadə etmədən daha iki dəfə uğurla eniş edib və havaya qalxıb.
Sınaq parametrlərini uğurla yerinə yetirən PUA, orta hesabla 20 min fut yüksəklikdə uçaraq testi uğurla başa vurub.
Keşanda eniş testlərini və açıq dənizdə yaxınlaşma testlərini tamamlayan Bayraktar TB3 PUA keçən həftə 19 noyabrda TCG Anadolu-nun qısa uçuş zolağından 12 dərəcə maili enişlə havaya qalxıb.
Egey və Aralıq dənizinin qovuşduğu nöqtədə 46 dəqiqəlik sınaq uçuşu həyata keçirən Bayraktar TB3, heç bir eniş dəstək avadanlığından istifadə etmədən eyni qısa uçuş-enmə zolağına uğurla enib.
Qeyd edək ki, Bayraktar TB3 PUA, 25 iyun 2024-cü ildə, Baykar Uçuş Tədris və Test Mərkəzində həyata keçirilən uçuşda 36 min 310 fut yüksəkliyə çatıb və "Yüksək Hündürlük Sisteminin" performans estini müvəffəqiyyətlə tamamlayıb.