Son dəqiqə

Türkiyə İŞİD

Türkiyənin 17 vilayətində İŞİD-ə qarşı əməliyyat keçirilib

Bakı, TurkicWorld

Türkiyədə son bir həftə ərzində 17 vilayətdə İŞİD-ə qarşı həyata keçirilən "GÜRZ-35" əməliyyatı nəticəsində 42 şübhəli saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya açıqlama verib.

"GÜRZ-35" əməliyyatı Adana başda olmaqla, Türkiyənin 17 vilayətində keçirilib. Əməliyyatlar Respublika Baş Prokurorluğu və Jandarma Baş Komandanlığının Terrorla Mübarizə Şöbəsi tərəfindən koordinasiya olunub.

Əməliyyatlar zamanı saxlanılan şübhəlilərin terror təşkilatının üzvü olduqları, təşkilatı maliyyələşdirdikləri və sosial media vasitəsilə terror təşkilatına təbliğat apardıqları müəyyən edilib. Əməliyyatlar nəticəsində çox sayda təşkilati sənədlər və rəqəmsal materiallar da ələ keçirilib.

Mövzuya görə xəbərlər