Bakı, TurkicWorld
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,78 ABŞ dolları, yaxud 2,3% artaraq 78,78 ABŞ dolları olub.
TurkicWorld xəbər verir ki, "Brent" markalı neftin fevral fyuçerslərinin qiyməti 76,53 ABŞ dolları təşkil edib.
Azərbaycanın ötənilki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.