Son dəqiqə

Azərbaycan neft CIF URALS Azeri Light neft-qaz sektoru

Azərbaycan nefti ucuzlaşıb

BAKI,TurkicWorld

İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın Azeri Light markalı xam neftinin qiyməti əvvəlki rəqəmlə müqayisədə 1,28 dollar və ya 2% azalaraq 62,45 dollar təşkil edib.

TurkicWorld bu barədə neft bazarındakı mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanından satılan Azeri Light markalı xam neftin qiyməti 1,27 dollar və ya 2,1% azalaraq bir barel üçün 60,40 dollara düşüb.

URALS markalı xam neftin qiyməti əvvəlki qiymətə nisbətən 1,86 dollar və ya 5,6% azalaraq bir barel üçün 33,25 dollara düşüb.

Şimal dənizində hasil edilən Dated Brent markalı xam neftin qiyməti əvvəlki qiymətə nisbətən 1,20 dollar və ya 2% azalaraq bir barel üçün 60,20 dollara düşüb.

2025-ci il üçün Azərbaycanın dövlət büdcəsində neftin orta qiyməti 70 dollar olaraq proqnozlaşdırılır.

Mövzuya görə xəbərlər