BAKI, TurkicWorld, Nailə Babazadə
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Bəhreynə kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artaraq, 17 milyon 853 min 76 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin noyabr ayında Bəhreynə kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz azalaraq, 1 milyon 752 min 67 dollara çatdırıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq, 29 milyard 318 milyon 24 min dollara bərabər olub.
“Bu ilin noyabr ayında Türkiyə 2 milyar 367 milyon 197 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 6 faiz azalaraq” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 31 milyard 974 milyon 542 min dollar məbləğində kimyəvi maddə ixrac edib.







