BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Azərbaycanın "Azeri Light" markalı neftinin İtaliyanın Auqusta limanında CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,38 ABŞ dolları və ya 0,6 faiz artaraq bir barel üçün 64,25 ABŞ dolları təşkil edib.
TurkicWorld bu barədə neft bazarından olan mənbəyə istinadən xəbər verir.
Qeyd olunur ki, Azeri Light markalı Azərbaycan neftinin Türkiyənin Ceyhan limanında FOB bazasında qiyməti də 0,38 ABŞ dolları və ya 0,6% artaraq bir barel üçün 62,15 ABŞ dollarına yüksəlib.
URALS markalı neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,29 ABŞ dolları və ya 0,9 faiz artaraq bir barel üçün 32,05 ABŞ dolları olub.
Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 0,24 ABŞ dolları və ya 0,4% artaraq bir barel üçün 61,17 ABŞ dolları təşkil edib.
Azərbaycanın 2025-ci il üzrə dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.







