Son dəqiqə

Azərbaycan Brent Dated neft FOB CIF URALS Azeri Light Azəri-Çıraq-Günəşli (AÇG)

Azərbaycanın neft qiymətlərinin həftəlik icmalı

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Bu həftə ərzində Azeri Light CIF, Azeri Light FOB Ceyhan və Dated Brent markalı neftin orta qiymətləri azalıb.

TurkicWorld xəbər verir ki, Azərbaycanda “Azəri–Çıraq–Günəşli” yatağında hasil edilən Azeri Light CIF markalı neftin orta qiyməti ötən həftə ilə müqayisədə 1,53 ABŞ dolları və ya 2,4 faiz azalaraq bir barel üçün 63,54 ABŞ dolları təşkil edib.

Həftə ərzində maksimal qiymət bir barel üçün 64,25 ABŞ dolları, minimal qiymət isə 62,45 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı neftin orta qiyməti bir barel üçün 61,46 ABŞ dolları təşkil edib ki, bu da ötən həftə ilə müqayisədə 1,63 ABŞ dolları və ya 2,6 faiz azdır. Həftə ərzində maksimal qiymət 62,15 ABŞ dolları, minimal qiymət isə 60,40 ABŞ dolları olub.

Urals markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 3,9 ABŞ dolları və ya 10,8 faiz azalaraq bir barel üçün 32,01 ABŞ dolları səviyyəsində olub. Həftə ərzində maksimal qiymət 33,25 ABŞ dolları, minimal qiymət isə 31,39 ABŞ dolları təşkil edib.

Dated Brent markalı neftin orta qiyməti bir barel üçün 60,91 ABŞ dolları olub ki, bu da əvvəlki həftə ilə müqayisədə 1,74 ABŞ dolları və ya 2,8 faiz azdır. Həftə ərzində bu markalı neftin maksimal qiyməti 61,40 ABŞ dolları, minimal qiyməti isə 60,20 ABŞ dolları təşkil edib.

Neft / tarix

15.12.2025

16.12.2025

17.12.2025

18.12.2025

19.12.2025

Orta qiymət

Azeri LT CIF

$63.73

$62.45

$63.40

$63.87

$64.25

$63.54

Azeri Light FOB Ceyhan

$61.67

$60.40

$61.32

$61.77

$62.15

$61.46

Urals (EX NOVO)

$33.25

$31.39

$31.61

$31.76

$32.05

$32.01

Dated Brent

$61.40

$60.20

$60.87

$60.93

$61.17

$60.91

Mövzuya görə xəbərlər