Son dəqiqə

Səudi Ərəbistan

Ərəblər qədim dövrdə rolunu araşdırır

Bakı, TurkicWorld

Ər-Riyadda noyabrın 28-dək davam edəcək Beynəlxalq Tarixlər Konfransı və Sərgisində “Sivilizasiyalarda Palma Ağacı” pavilyonu xurma ağacının qədim mədəniyyətlərdə xurmanın tarixi əhəmiyyətini əsk etdirən müxtəlif aradırmalar əks olunub.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, pavilyon xurma ağaclarının qida və iqtisadi davamlılığı necə dəstəklədiyini araşdırır.

Bütün bunlarla yanaşı, payilyonda qədim Misirdə xurmanın əhəmiyyətini gündəlik həyatda və dini ayinlərdə, habelə kənd təsərrüfatında, tikintidə və məhsuldarlıq təcrübələrində təsvir edən oymalar və divar rəsmləri nümayiş etdirilir.

Səudiyyə Milli Palma və Xurma Mərkəzi tərəfindən “Xurma dünyası” mövzusu altında təşkil edilən sərgi həm də Mesopotamiya və Levantda xurmanın əhəmiyyəti vurğulanır. Xurma becərilməsini qoruyan Hammurabi Məcəlləsi kimi qədim mətnləri və onların xurma əkininin ticarətdə və cəmiyyətdə rolunu təsvir edən oymalar əks etdirilir.

“Xurma yemək, dərman və yaşıllqdan əlavə, Səudiyyə Ərəbistanının milli gerbindəki yerində əks olunan mənsubiyyət və qüruru simvollaşdırır.”-deyə, Şərq Əyalətindəki Qədim Əsərlər və İrs Dərnəyinin vitse-prezidenti Saad Alnacim deyib.

Səudiyyə ətraf Mühit, Su və Kənd Təsərrüfatı üzrə Milli Komitənin sədri Əbdüləziz Əl-Tuveycri bildirib ki, xurma Səudiyyə iqtisadiyyatının mərkəzi rolunu oynayır və ölkənin 2030 hədəfləri arasında dünyanən ən böyük xurma ixracatçısına çevirmək hədəfi var.

Mövzuya görə xəbərlər