Son dəqiqə

Səudi Ərəbistan Azərenerji anlaşma memorandumu

“AzərEnerji” ilə Səudiyyə Elektrik Şirkəti arasında memarandum imzalanıb

Bakı, TurkicWorld

COP29 çərçivəsində "Səudiyyə Elektrik Şirkətinin başçısı Xalid Əl Hamidi ilə "AzərEnerji" ASC-nin rəhbəri Baba Rzayev arasında analaşma memarandumu imzalanıb.

TurkicWorld xəbər verir ki, bu barədə "AzərEnerji" ASC məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Energetika naziri ilə Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirinin iştirakı ilə "mavi zonada" keçirilən görüşdən sonra imzalanan memarandum əsasən bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası, elektrik enerjisi sahəsində bilik və təcrübə mübadiləsini əhatə edir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Mövzuya görə xəbərlər