Bakı, TurkicWorld
Səudiyyə Ərəbistanının baş naziri, vəliəhd şahzadə Məhəmməd bin Salman çərşənbə günü Pakistanın Baş Qərargah rəisi general Asim Munir ilə ikitərəfli əlaqələri müzakirə etmək və xüsusilə də hərbi sektorda gələcək inkişaf imkanlarını araşdırmaq üçün görüşüb.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, vəliəhdin Ər-Riyaddakı ofisində keçirilən görüş bir sıra ortaq maraqları əhatə edib.
Səudiyyə tərəfdən qəbulda müdafiə naziri Şahzadə Xalid bin Salman və digət nazirlər iştirak edib.
Görüşdə Səudiyyə Ərəbistanının müdafiə naziri Şahzadə Xalid bin Salman da general Asim Munir ilə görüşərək iki ölkə arasındakı tarixi əlaqələri müzakirə edib, hərbi və müdafiə sahələrində strateji əməkdaşlığa diqqət yetirib və ikitərəfli əlaqələrin gücləndirilməsi və genişləndirilməsi yollarını araşdırıb. Həmçinin qarşılıqlı maraq doğuran müxtəlif məsələlər də müzakirə edilib.