Son dəqiqə

Türkiyə Səudi Ərəbistan

Səudiyyə Ərəbistanında türk məktəbləri yenidən açılır

Bakı, TurkicWorld

Türkiyənin Milli Təhsil Nazirliyi (MEB) Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərlərində 2024-2025-ci tədris illərində türk məktəblərinin yenidən açılmasına qərar verildiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Nazirliyin rəsmi saytında açıqlama yayınlanıb. Açıqlamada Səudiyyə Ərəbistanı rəhbərliyinin qərarı ilə 2020-2021-ci tədris ilinin sonundan etibarən paytaxt Ər-Riyad və digər əyalətlərdə fəaliyyət göstərən türk məktəblərinın mərhələli şəkildə bağlanmağı xatırladılıb.

Açıqlamada həmçinin qeyd edilib ki, Səudiyyə Ərəbistanında fəaliyyət göstərən Milli Təhsil Nazirliyinə bağlı bəzi türk məktəbləri, Türkiyənin diplomatik təmasları və Milli Təhsil Nazirliyinin təşəbbüsləri nəticəsində yenidən açılıb. Bu təmasların nəticəsi olaraq, iki ölkənin səlahiyyətliləri 2024-2025-ci tədris dövründə Məkkə və Mədinədə türk məktəblərinin yenidən açılmasına qərar veriblər. Məktəblərin açılması ilə bağlı qərar qəbul edildikdən sonra isə tələbə qəbulu və digər prosedurlar başlanıb.

Mövzuya görə xəbərlər