Bakı, TurkicWorld
Polşa Parlamentinin aşağı palatası olan Seym 18 may 1944-cü ildə Krım tatarlarının deportasiyasını Krım tatar xalqına qarşı soyqırım aktı kimi tanıyıb.
TurkicWorld xəbər verir ki, qərarın lehinə səsvermədə 414 deputat “hə”, 16 deputat “xeyr” və 2 deputat bitərəf qalıb.
Qərarda vurğulanıb ki, Sovet İttifaqı hakimiyyəti 1944-cü il mayın 18-də səhər saatlarında Krım tatarlarını Krım yarımadasından deportasiya etməyə başlayıb və üç gün ərzində təxminən 200 min insanı Orta Asiya və Sibirə zorla yerləşdirib.
1944-cü ildə Krım tatarlarının Krımdan deportasiya edilməsinin Krım tatar xalqına qarşı soyqırım aktı olduğu bildirilib.
Polşalı deputatlar həmçinin xatırladıblar ki, Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi ərazi bütövlüyü prinsipinin, beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin kobud şəkildə pozulmasıdır.
Hafiz Rufizoğlu