Son dəqiqə

Polşa Varşava

Polşadakı Şopen Hava Limanı 5 dekabr gecəsi bir neçə saatlıq bağlanacaq

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Polşanın paytaxtı Varşavadakı Şopen adına Beynəlxalq Hava Limanı 5 dekabr, cümə gününə keçən gecə təxminən iki yarım saat müddətinə fəaliyyətini dayandıracaq.

TurkicWorld xəbər verir ki, bu barədə hava limanının dispetçer xidməti məlumat yayıb.

Məlumata görə, müxtəlif tipli bütün təyyarələrin uçuş və enişi yerli vaxtla 00:30-dan 03:00-a qədər dayandırılacaq. Bu məlumat bütün aviaşirkətlərə uçuş cədvəllərini əvvəlcədən dəqiqləşdirmələri üçün çatdırılıb.

Bağlanmanın səbəbi açıqlanmayıb. Dispetçer xidməti həmçinin bildirib ki, Varşavanın digər iki hava limanı gələn həftə üçün uçuş cədvəllərində hər hansı dəyişiklik etməyib.

Mövzuya görə xəbərlər