Son dəqiqə

İordaniya Suriyada İŞİD-ə qarşı ABŞ-ın rəhbərlik etdiyi əməliyyata qatıldı Amman: İŞİD mövqelərinə zərbələr koalisiya çərçivəsində endirilib ABŞ və İordaniya Suriyada birgə hava əməliyyatı keçirdi İordaniyanın İŞİD-ə qarşı koalisiya əməliyyatındakı rolu Koalisiya zərbələri İŞİD-in infrastrukturunu hədəfə aldı Suriyada 70-dən çox hədəf: ABŞ–İordaniya koordinasiyası Koalisiya əməliyyatı: Amman iştirakını təsdiqlədi İordaniya ABŞ-la birlikdə Suriyada İŞİD hədəflərini vurdu

İordaniya Suriyada İŞİD-ə qarşı keçirilən əməliyyatda iştirak edib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İordaniya ABŞ-ın rəhbərlik etdiyi koalisiya çərçivəsində Suriyada İŞİD mövqelərinə qarşı keçirilən hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb. İordaniya Kral Hərbi Hava Qüvvələrinin cümə günü baş tutan zərbələrə cəlb olunduğu bildirilib.

TurkicWorld xəbər verir ki, ABŞ ordusunun məlumatına görə, əməliyyat Suriyanın mərkəzi bölgələrində İŞİD-in dayaq məntəqələrinə yönəlib və ABŞ hərbçilərinə qarşı edilən hücuma cavab xarakteri daşıyıb.

İordaniyanın dövlət agentliyi Petra News Agency bildirib ki, Suriya hökuməti də bu koalisiyaya qoşulub.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında bildirilib ki, əməliyyat qırıcı təyyarələr, hücum helikopterləri və artilleriya vasitələri ilə aparılıb, 70-dən çox hədəf vurulub. Hədəflər əsasən İŞİD-in infrastruktur və silah obyektləri olub.