Son dəqiqə

Böyük Britaniya Şahzadə Harri

Şahzadə Harriyə Britaniya Ali Məhkəməsinin qərarına etiraz etmək hüququ verilib

Bakı. TurkicWorld :

Şahzadə Harri Birləşmiş Krallığa səfəri zamanı şəxsi mühafizəsinin səviyyəsinin azaldılması ilə bağlı qərara qarşı apellyasiya şikayəti verə biləcək.

TurkicWorld xəbər verir ki, 2020-ci ilin fevralında Kral Ailəsinin üzvləri üçün təhlükəsizlik tədbirləri təmin edən Kral İcra Komitəsi Şahzadə Harrinin Britaniya səfərləri zamanı mühafizəsinin səviyyəsini azaltmaq barədə qərar qəbul edib.

Şahzadə bu qərardan şikayət etsə də, bu ilin fevralında Britaniya Ali Məhkəməsi bu qərarın qanuni olduğuna hökm verib və Harrinin iddiasını rədd edib. Apreldə isə Ali Məhkəmə ona bu qərarla bağlı apellyasiya şikayəti etmək icazəsi verməyib.

Lakin şahzadənin Apellyasiya Məhkəməsinə müraciətindən sonra ona Britaniya Ali Məhkəməsinin qərarına etiraz etmək hüququ verilib. Apellyasiya Məhkəməsi Harrinin vəkillərinin birbaşa müraciətindən sonra onun etirazını dinləyəcəyini bildirib.

Qeyd edək ki, Şahzadə Harri və onun həyat yoldaşı Meqan Markl "sarı mətbuat"ın artan və çox vaxt qərəzli ittihamlarından yayınmaq üçün 2020-ci il martın 31-də könüllü olaraq Kral ailəsinin üzvü statusundan imtina ediblər. Onlar hazırda ABŞ-da yaşayırlar.

Mövzuya görə xəbərlər