Son dəqiqə

Rusiya Rusiya Müdafiə Nazirliyi

Rusiya nüvə silahından istifadə ilə bağlı təlimlərə başlayıb

Bakı, TurkicWorld:

Rusiya ölkənin Cənub Hərbi Dairəsində nüvə silahından istifadə ilə bağlı təlimlərə başlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

“Rusiya prezidenti Putinin tapşırığı və Baş Qərargahın rəhbərliyi altında qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadəsi üzrə təlimin birinci mərhələsi başlayıb”, – deyə Nazirlikdən bildirilib.

Bundan başqa, təlim çərçivəsində bölgədəki hərbi birliklər “İskəndər” taktiki raket sistemi üçün lazım olan sursatları təyin olunan nöqtəyə çatdırıb.

Mövzuya görə xəbərlər