Son dəqiqə

Fələstin İsrail ABŞ Almaniya

Almaniya İsrailə silah göndərilməsinin dayandırılmasını müzakirə edir

Bakı. TurkicWorld:

Almaniya hökuməti İsrailə silah göndərilməsinin dayandırılması ilə bağlı məsləhətləşmələr aparır.

TurkicWorld xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius açıqlayıb.

“Əgər İsrail Rəfaha hərtərəfli hücum etsə, o zaman Rəfah və digər şəhərlərdə istifadə olunan silahları göndərməyəcəyimizi açıqlamışam”, - deyə o bildirib.

Qeyd edək ki, ABŞ administrasiyası 2023-cü il oktyabrın 7-dən bəri ilk dəfə olaraq bu həftə İsrailə silah-sursat tədarükünü dayandırıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər