Son dəqiqə

Cənubi Koreya

Cənubi Koreya yeni nazirlik yaratmaq istəyir

Bakı, TurkicWorld:

Cənubi Koreya ölkədə aşağı doğum səviyyəsi ilə mübarizə üçün yeni bir nazirlik yaratmaq istəyir.

TurkicWorld xəbər verir ki, bunu Cənubi Koreya prezidenti Yoon Suk Yeol bildirib.

“Ölkə yaxınlaşan demoqrafik böhranla üzləşir”, - deyə o, qeyd edib.

Qeyd edək ki, uşaq sayını artırmaq və əhalinin sabitliyini qorumaq üçün milyardlarla dollar xərclənməsinə baxmayaraq, Cənubi Koreyada doğum səviyyəsi keçən il rekord həddə aşağı düşüb.

Mövzuya görə xəbərlər