Son dəqiqə

Qazaxıstan Cənubi Koreya

Qazaxıstan və Cənubi Koreya uçuşların sayını artıracaq

Bakı. TurkicWorld:

Qazaxıstan və Cənubi Koreya arasında uçuşların sayını artırılacaq.

Bu haqda TurkicWorld Qazaxıstan Mülki Aviasiya Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, uçuşların artılırması qərarına, Seulda (Koreya Respublikası) Qazaxıstan Respublikasının nəqliyyat nazirinin müavini Talqat Lastaev ilə Koreya Respublikasının torpaq, infrastruktur və nəqliyyat nazirinin müavini Yoon Sanq Li arasında keçirilən görüş zamanı gəlinib.

“Görüş zamanı tərəflər Astana və Seul arasında uçuşların bərpası, Almatı-Seul marşrutu üzrə uçuşların artırılması, eləcə də Çimkənddən Seula və Busan ilə Qazaxıstan şəhərləri arasında uçuşların açılmasını müzakirə edib və razılığa gəliblər” deyə məlumatda bildirilir.

Bundan əlavə, Talqat Lastaev aşağıbüdcəli T'Way aviaşirkətinin və Sirius Airlines yük aviaşirkətinin rəhbərliyi ilə görüşlər keçirib, Koreya daşıyıcıları Qazaxıstana uçuşlar həyata keçirmək niyyətində olduqlarını bildiriblər.

Mövzuya görə xəbərlər