Şimali Koreya Yapon dənizini istiqamətində ballistik raket atıb

Şimali Koreya Yapon dənizini istiqamətində ballistik raket atıb

Bakı. TurkicWorld:

ABŞ dövlət katibi Antoni Blinkenin Cənubi Koreyanın paytaxtı Seula səfərindən öncə Şimali Koreya Yapon dənizini istiqamətində bir neçə ballistik raket atıb.

TurkicWorld-un-un Cənubi Koreya Baş Qərargahının bəyanatına istinadən verdiyi məlumata görə, Şimali Koreyanın yerli vaxtla 07.44-08.22 arasında Yapon dənizinə doğru 3 ballistik raket atdığı bildirilib.

"Pxenyan yaxınlığından atılan raketlər təxminən 300 kilometr məsafə qət edərək Yapon dənizinə düşüb. Sınaqlar heç bir ziyana səbəb olmayıb", - deyə məlumatda qeyd edilib.

Bəyanatda sınaqlar şiddətlə qınanılıb və “açıq-aşkar təxribat” olaraq xarakterizə edilən raketlərin “Koreya yarımadasında sülh və sabitliyi ciddi şəkildə təhdid etdiyi” qeyd edilib.

Yaponiya Müdafiə Nazirliyi Şimali Koreyanın raketlərinin maksimum 50 kilometr hündürlüyə çata biləcəyini və Yaponiyanın milli eksklüziv zonasından kənara düşdüyünü açıqlayıb.

Xatırladaq ki, daha öncədə Şimali Koreya Yapon dənizi ətrafında roketləri sınaqdan keçirib. Sonuncu sınaqlar isə Şimali Koreyanın ABŞ və Cənubi Koreyanın təşkil etdiyi hərbi təlimlərə reaksiyalarından biri kimi qəbul edilib.