Son dəqiqə

Cənubi Koreya

Cənubi Koreya prezidenti vəzifəsindən uzaqlaşdırıldıqdan sonra həbs edilib

Bakı,TurkicWorld

Cənubi Koreyanın Xüsusi İstintaq Ofisinin (CIO) rəsmiləri prezidentlikdən uzaqlaşdırılmış Yoon Suk Yeol haqqında çıxarılan həbs qərarının icrasına ikinci dəfə cəhd ediblər.

TurkicWorld xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, Həbs əmri ilə Prezident iqamətgahına gələn məmurlar Prezidentin Təhlükəsizlik Xidmətinin qurduğu barrikadalarla qarşılaşıblar.

Yoonu dəstəkləyən 6500-ə yaxın tərəfdar, o cümlədən hakim Xalq Gücü Partiyasının (PPP) millət vəkilləri də iqamətgahın qarşısında toplaşaraq qərara etiraz ediblər.

Məlumata görə, iqamətgahın ətrafında 3 minə yaxın polis əməkdaşı yerləşdirilib və həbs qərarının yanvarın 21-dək qüvvədə olacağı bildirilib.

Qeyd edək ki, Cənubi Koreyanın Qərb Dairə Məhkəməsi 2024-cü il dekabrın 31-də Yoon Suk Yeol haqqında "iğtişaş" və "vəzifə səlahiyyətlərindən sui-istifadə" ittihamları əsasında həbs qərarı çıxarmışdı. Lakin bu qərar prezident iqamətgahına gedən polislə mühafizəçilər arasında baş verən qarşıdurma səbəbindən icra edilə bilməyib.

Prezident Yoon Suk Yeol isə 2024-cü il dekabrın 3-də hərbi vəziyyət elan edib və bunu müxalifətin "dövlət əleyhinə fəaliyyətlərdə iştirakı" ilə əsaslandırıb. Ancaq hərbi vəziyyət qərarı parlamentdə səsverməyə çıxarılaraq ləğv edilib.

Parlamentin səsverməsi ilə prezidentlikdən müvəqqəti olaraq uzaqlaşdırılan Yoonun səlahiyyətlərini iKonstitusiya Məhkəməsinin qərarına qədər ilk öncə Baş nazir Han Duck-soo icra etməyə başlayıb. Lakin müxalifətin təşəbbüsü ilə baş nazir Han Duck-soo uzaqlaşdırılmasından sonra prezident səlahiyyətlərini müvəqqəti olaraq Baş nazirin müavini və Maliyyə naziri Çoi Sanq-mok icra etməyə başlayıb.

Mövzuya görə xəbərlər