Bakı. TurkicWorld:
Cənubi Koreya Tayvanda 7,4 bal gücündə zəlzələnin vurduğu ziyandan sonra ölkənin yenidən qurulması üçün 500 min dollar yardım göndərib.
TurkicWorld xəbər verir ki, bu barədə Tayvan Xarici İşlər Nazirliyi açıqlayıb.
Tayvan XİN ianə üçün Cənubi Koreyaya təşəkkür edib.
Xatırladaq ki, aprelin 3-də Tayvanın şərq sahillərində 7,4 bal gücündə zəlzələ baş verib, nəticədə doqquz nəfər ölüb, 800-dən çox insan yaralanıb.