Bakı, TurkicWorld
Cənubi Koreyada hərbi vəziyyət istintaqı çərçivəsində dünən nəzarətə alınan Polis rəisi Ço Ji-ho və Seul Böyükşəhər Polis İdarəsinin rəisi Kim Bong-sik üçün həbs tələbi veriləcəyi bildirilib.
TurkicWorld xəbər verir ki,istintaqı aparan polis rəsmiləri təcili həbs qərarı ilə saxlanılan polis rəislərinin həbsi üçün məhkəməyə müraciət edəcəklərini bildiriblər.
Sözügedən polis rəisləri dekabrın 3-də hərbi vəziyyətin uğursuz elan edilməsi zamanı Milli Məclisin polis tərəfindən mühasirəyə alınmasını əmr edərək, qətnaməyə səs verəcək deputatların parlamentə daxil olmasına mane olmağa çalışmaqda ittiham olunurlar.
Ölkənin fövqəladə həbs müddəalarına əsasən, polisin şübhəliləri saxlayıb dindirmək üçün 48 saat vaxtı var.
Qeyd edək ki, Dekabrın 3-nə keçən gecə televiziya kanalındakı çıxışında Yoon “müxalifətin dövlət əleyhinə fəaliyyətə qarışdığını” əsas gətirərək hərbi vəziyyət elan etdi, lakin parlament səsvermədə qərarı ləğv etdikdən sonra geri addım atdı.
Yoon müxalifəti “hökumətin fəaliyyətinə mane olmaqda” günahlandırdı və müdafiə etdi ki, hərbi vəziyyət “Şimali Koreyayönlü qüvvələri aradan qaldırmaq və konstitusiya azadlıq quruluşunu qorumaq məqsədi daşıyır”.