Seulda Qırğızıstanın infrastruktur layihələrinə investisiya imkanları müzakirə olunub

Seulda Qırğızıstanın infrastruktur layihələrinə investisiya imkanları müzakirə olunub

Bakı. TurkicWorld:

Qırğızıstan Respublikasının maliyyə nazirinin birinci müavini Ruslan Suinaliyev Seulda Koreya Respublikasının İxrac-İdxal Bankının (Exim Bank) baş icraçı direktoru (idarə heyətinin üzvü) Hvanq Kiyon ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, görüş zamanı infrastruktur, sənaye, nəqliyyat və energetika sahələrinin inkişafına yönəlmiş layihələrin maliyyələşdirilməsində ölkələr arasında əməkdaşlıq, o cümlədən yaşıl iqtisadiyyatın inkişafı üçün əsas məsələlər müzakirə edilib.

İkitərəfli əməkdaşlığı gücləndirmək üçün tərəflər dayanıqlı iqtisadiyyatın yaradılması strategiyasının həyata keçirilməsində yeni alətlərin və maliyyələşdirmə mexanizmlərinin tətbiqi üzrə təcrübə mübadiləsi imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.

X: Lamanasadli01