Son dəqiqə

Azərbaycan Özbəkistan Avstriya Qırğızıstan

Qırğızıstanın təşkilatçılığı ilə Vyanada beynəlxalq forum keçiriləcək

Bakı. TurkicWorld:

İyunun 10-11-də Avstriyanın Vyana şəhərində Qırğızıstanın təşkil etdiyi beynəlxalq enerji investisiya forumu keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstanın energetika naziri Taalaibek Ibraev məlumat verib.

Onun sözlərinə görə, forum su elektrik stansiyalarının tikintisi üçün maliyyə resurslarının səfərbər edilməsi məqsədilə keçirilir.

“Forum çərçivəsində biz gələcək layihələrin maketlərini hazırladıq. Burada Azərbaycan, Özbəkistan, Qazaxıstan və Tacikistanın energetika nazirliklərinin rəhbərləri, iri investorlar iştirak edəcək. Forum çərçivəsində əsas layihə Qırğızıstanın ən böyük layihələrindən birinin - Kambarata SES-1-in tikintisinin təqdimatı olacaq”, - deyə o əlavə edib.

Mövzuya görə xəbərlər