Son dəqiqə

Türkiyə Qırğızıstan Abdulkadir Uraloğlu

Türkiyə ilə Qırğızıstan arasında nəqliyyatda keçid sertifikatı kvotaları ləğv edilir

Bakı. TurkicWorld:

Mayın 1-dən etibarən Türkiyə ilə Qırğızıstan arasında beynəlxalq avtomobil daşımalarında ikitərəfli və tranzit daşımalarda keçid sertifikatı kvotaları ləğv edilir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu açıqlayıb.

"Türk dövlətləri ilə əməkdaşlıq bizim üçün çox dəyərlidir. Ölkəmizin coğrafi mövqeyinin strateji əhəmiyyətini bilirik və atdığımız hər addımla ölkəmizin iqtisadiyyatını və ticarətini inkişaf etdirməyə çalışırıq. Nümayəndə heyətlərimiz Türkiyə və Qırğızıstan dövlət nömrə nişanlı nəqliyyat vasitələri üçün qarşılıqlı ödənişin olmayacağını da təsdiqləyiblər”, - deyə o əlavə edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər