Qırğızıstan və Rusiya Müdafiə Nazirliyinin rəhbərləri saziş imzalayıblar

Qırğızıstan və Rusiya Müdafiə Nazirliyinin rəhbərləri saziş imzalayıblar

Bakı,TurkicWorld

Astanada Qırğızıstan və Rusiyanın müdafiə nazirliyinin rəhbərləri kimyəvi və bioloji mühafizə sahəsində informasiya mübadiləsi və qarşılıqlı fəaliyyət haqqında saziş imzalayıblar.

TurkicWorld xəbər verir ki,bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki,Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin müdafiə nazirlərinin Astanada keçirilən iclası çərçivəsində baş tutan görüşdən sonra İnformasiya mübadiləsi haqqında və Radiasiya, kimyəvi və bioloji vəziyyətin müəyyən edilməsi və qiymətləndirilməsi sahəsində qarşılıqlı fəaliyyəti haqqında iki saziş imzalanıb.