Bakı. TurkicWorld:
Qırğızıstan-Tacikistan sərhədində vəziyyət sabitdir.
TurkicWorld xəbər verir ki, Batken vilayəti dövlət administrasiyası məlumat yayıb.
Məlumata əsasən, Batken vilayətinin rəhbəri Abdikərim Alimbayev və Tacikistanın Suqd vilayətinin başçısı Rajobboy Axmadzoda arasında telefon danışığı olub.
Tərəflər iki rayonun sərhədyanı ərazilərində ictimai təhlükəsizliyin təmin edilməsi barədə razılığa gəliblər və qeyd ediblər ki, mayın 7-də Qırğızıstan-Tacikistan sərhədində baş vermiş insident regionun ümumi təhlükəsizliyinə təsir göstərməyəcək.
Bundan əlavə, mayın 8-də saat 11.00-da hadisə yerində Batken və Suqd vilayətlərinin güc strukturlarının rəhbərlərinin görüşü keçiriləcək və hadisənin yerində araşdırılması barədə razılıq əldə olunub.