Son dəqiqə

Böyük Britaniya Rusiya

Britaniya Rusiyanın müdafiə attaşesini ölkədən çıxaracaq

Bakı. TurkicWorld:

Böyük Britaniya Rusiyanın müdafiə attaşesini ölkədən çıxaracaq.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər, Daxili İşlər və Müdafiə nazirliklərinin birgə bəyanatına əsasən, daxili işlər naziri Ceyms Kleverli deyib.

O, Rusiyanın kəşfiyyat məlumat toplama əməliyyatlarını hədəfə almağa və aradan qaldırmağa yönəlmiş tədbirlər paketini həyata keçirəcəklərini açıqlayıb.

Açıqlamada adı açıqlanmayan Rusiya müdafiə attaşesinin deportasiya ediləcəyi paylaşılıb.

“Rusiya diplomatik vizalarına, o cümlədən rus diplomatlarının Böyük Britaniyada qalma müddətlərinə məhdudiyyətlər qoyulacaq.” – deyə Kleverli qeyd edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər