Son dəqiqə

Böyük Britaniya Rusiya

Böyük Britaniya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

Bakı, TurkicWorld:

Böyük Britaniyanın Moskvadakı səfiri Naycel Keysi Rusiya XİN-ə çağırılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Lakin nazirlik bunun səbəbini açıqlamayıb.

Qeyd edək ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron daha öncə bildirib ki, Ukrayna Rusiya ərazisindəki hədəflərə Britaniya silahları ilə zərbə endirmək hüququna malikdir.

Mövzuya görə xəbərlər