Son dəqiqə

İsrail ABŞ Qəzza Rəfah

ABŞ İsrailə bəzi bombaların göndərilməsini dayandırıb

Bakı. TurkicWorld:

İsrailin Rəfaha hücum etməsini istəməyən ABŞ rəhbərliyi bəzi yüksək dağıdıcı bombaların İsrailə göndərilməsini dayandırıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Bayden administrasiyası şəhər ərazilərinə dəyən ziyandan narahat olduğunu və 2000 funt (907 kiloqram) və 500 funt ağırlığında təxminən 3 min 500 bombanın tədarükünün dayandırıldığını bildirib.

Qeyd edək ki, İsrail qüvvələri Rəfah sərhəd-keçid məntəqəsinin Fələstin tərəfinə nəzarəti ələ keçirib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər