Son dəqiqə

Fələstin İsrail Misir Rəfah

Misir ordusu hazır vəziyyətə gətirilib

Bakı. TurkicWorld:

İsrailin Rəfah keçidinin Fələstin tərəfini bombalaması, daha sonra İsrail qüvvələrinin çərşənbə axşamı səhər erkən saatlarda keçidi nəzarətə götürməsi xəbərindən sonra Misir-İsrail sərhədində son saatlarda gərginlik artıb.

TurkicWorld xəbər verir ki, Misir Silahlı Qüvvələri Misir tərəfindəki Rəfah keçidinin şərqinə və qərbinə qüvvələr və maşınlar yerləşdirib.

İsrail ordusu bu gün səhər saatlarında "Misirlə sərhəddə yerləşən Rəfah keçidinin Fələstin tərəfini operativ şəkildə nəzarətə götürdüyünü" açıqlayıb və əlavə edib ki, "xüsusi qüvvələr bölgəni təmizləyir".

Mövzuya görə xəbərlər