Bakı, TurkicWorld:
Braziliyada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 29-a, itkin düşənlərin sayı isə 60-a yüksəlib.
TurkicWorld xəbər verir ki, bu haqda Braziliya Dövlət Mülki Müdafiəsi məlumat verib.
Məlumata əsasən, yağışlar 154 qəsəbəyə ciddi ziyan vurub, 71 min 300 nəfər seldən mənfi təsirlənib.
Axtarış-xilasetmə işləri qurudan, dənizdən və havadan davam edir.