Son dəqiqə

ABŞ

ABŞ-da antisemitizm məfhumu qanunla genişləndirilir

Bakı, TurkicWorld

ABŞ Nümayəndələr Palatası hələ də Senat tərəfindən təsdiq edilməli olan və antisemitizm termini üçün ölkənin Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş tərifin genişləndirilməsinin lehinə səs verib.

TurkicWorld AzerVoice -a istinadən xəbər verir ki, bu ABŞ universitetlərində Fələstinə dəstək akisyalarını keçirilməsi fonunda baş verib.

Bununla yanaşı palata Beynəlxalq Holokost Anım Alyansının təklif etdiyi antisemitizm tərifini qəbul edən qanun layihəsini təsdiqləyib.

Bundan sonra ABŞ-da yəhudilərə qarşı nifrək, yəhudilərin mülklərini, icma institutlarını və ibadət yerlərini hədəfə alan hər fiziki və ritorik hərəkət antisemitizm sayılacaq.

Qanun layihəsini tənqid edənlər deyirlər ki, bu tərif Beynəlxalq Holokost Anım Alyansının müdafiə etdiyi İsrail Dövlətinin tənqidini qadağan edir.

Qanun əleyhdarları Konqres üzvlərini Amerika universitetlərində ifadə azadlığını məhdudlaşdırmaq üçün bu qanunu tez bir zamanda təsdiq etməyə çalışmaqda ittiham edirlər.

Qanunun qüvvəyə minməsi üçün Senatın imzalanması və təsdiq edilməsi üçün prezident Co Baydenə göndərilməlidir.

Qeyd edək ki, Amerikanın siyasi təbəqəsinin bir hissəsi universitetlərdə nümayişçiləri “antisemitizm”də ittiham edii bua səbəb etirazçıların ABŞ-ın Yaxın Şərqdəki əsas müttəfiqi olan İsrail əleyhinə şüarlar səsləndirilməsi olub.

Mövzuya görə xəbərlər